24 Oktyabr 2015 13:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Gəncədə bir qrup dindarın keçirmək istədiyi qanunsuz aksiyaya münasibət bildirib.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil olunan tədbirdə çıxış edən komitə sədri bildirib ki, baş vermiş hadisəni qarşıdurma kimi təqdim etməyə çalışırlar.

M.Qurbanlı qeyd edib ki, bir qrup insan “Şah Abbas” məscidinə hücum edib və hüquq-mühafizə orqanları bunun qarşısını almağa çalışıb: “Aşura ilə bağlı bütün mərasimlər qapalı yerlərdə, məscidlərdə keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Bu cür tədbirləri küçədə keçirmək olmaz”.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də öz növbəsində dünən Gəncədə baş vermiş hadisəyə münasibət bildirərək baş verənlərin siyasiləşdirilməsinə ehtiyac olmadığını deyib.


Müəllif:

Oxşar xəbərlər