"Seçkilər" Media Mərkəzi- Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı Rusiyanın “NTV” kanalı reportaj hazırlayıb.
Reportajda seçkilərə hazırlıq prosesinin beynəlxalq standartlara uyğun səviyyədə aparıldığı qeyd olunur. Secki-2015.az saytının xəbərinə görə, reportajda bildirilir ki, 125 mandat uğrunda 800-ə yaxın namizədin mübarizə aparması həm də böyük rəqabət mühitinin yaranmasından xəbər verir.
http://www.ntv.ru/novosti/1557445/?fb#ixzz3pviLURU3
“Seçkilərdə barmaq izlərinin yoxlanması şəfafflığın təmin edilməsinə xidmət edir. Digər tərəfdən, səsvermə prosesi çoxlu sayda ölkədən olan müşahidəçilər tərəfindən izlənəcək”, - deyə reportajda vurğulanır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda son 10 ildə iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist Svitoslav Qordin xüsusilə qeyri-neft sektorunda müşahidə olunan inkişafa diqqət çəkir.