Fövqəladə Hallar Nazirliyi cənub bölgəsində əlverişsiz hava şəraiti ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına dair məlumat yayıb.
Nazirlikdə verilən məlumata görə, Nazirliyin Cənub regional mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi çökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyanı sahələrini və yolları su basıb.
Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.
Əlavə məlumat veriləcək.
İLHAMƏ