2 Noyabr 2015 11:54
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-dən 5-dək Fransada səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, Paris şəhərində keçiriləcək toplantıda qurumun Cənubi Qafqaz üzrə məruzəçisi Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzəsinin ilkin variantı müzakirə ediləcək.

Həmçinin, Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcək.

Cavidan


Müəllif: