13 Noyabr 2015 18:46
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İranın nüvə proqramı üzrə Qərblə "5+1" formatında keçirilmiş danışıqlarda rol oynamasa da, İranın qonşusudur və buna görə saziş Bakı üçün də sərfəlidir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Stiv Feqin Bakıda mətbuat konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfərinin əsas məqsədi Azərbaycanın rəsmi şəxsləri ilə nüvə sazişinin müzakirəsi oldu.

S.Feqin qeyd edib ki, əgər İran nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirsə, bu, İranın nüvə proqramının dinc məqsədlə yaradılması anlamına gələcək və bütün regiona mənfəət qazandıracaq: "Azərbaycan da bu imkandan istifadə edə bilər".

O, əlavə edib ki, iranlı biznesmenlər Azərbaycan bazarına maraq göstərirlər.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycana ikigünlük səfəri zamanı Rabitə və Yükək Texnologiyalar, Xarici İşlər nazirliklərində, Maliyyə Monitorinqi Xidmətində, eləcə də Amerika-Azərbaycan Ticarət Palatasında görüşlər keçirib.


Müəllif: