3 Dekabr 2015 11:55
2 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Əhməd Davudoğlu Azərbaycana edəcəyi səfərdən öncə Esenboğa aeroportunda mətbuat konfrası keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Davudoğlu Azərbaycanda keçirəcəyi görüşlər zamanı enerji siyasəti ilə bağlı müzakirələr aparacağını deyib: "Türkiyənin inteqrasiyalı enerji siyasəti var. Daim enerji aldığımız ölkələrin sayının artırılması siyasətini irəli sürmüşük. Son günlər baş verənlərlə bağlı Azərbaycanda geniş formada müzakirələr aparacağıq. Rusiyadan fərqli olaraq, Azərbaycanla əlaqələrimizi davam etdirəcəyik. Dağlıq Qarabağ məsələsində mövqeyimiz açıq və aydındır. Azərbaycanın bütün torpaqları qaytarılana qədər Türkiyə Azərbaycanın yanındadır.

Davudoğlu bir daha Türkiyənin İŞİD-dən neft alması məsələsinə diqqət çəkib: "Türkiyə-Suriya sərhədi bütün dünyanın diqqətindədir. Burada qeyri-qanuni yolla neft oğurlamaq və ya İŞİD terror təşkilatından neft almaq mümkünsüzdür. Bizi bu işdə ittiham edənlərə səslənirəm. Əllərinizdə dəlillər varsa, ortaya qoyun. Əksinə bizim Əsəd rejiminin İŞİD-lə neft alqı-satqısı aparması il bağlı çoxlu sübutlarımız var".

Davudoğlu qeyd edib ki, Rusiyanın Suriyadakı əməliyyatları İŞİD-ə qarşı mübarizəni çətinləşdirir: "Azez bölgəsində Rusiya İŞİD-lə mübarizə aparan müxaliflərə zərbələr endirir. Bu isə İŞİD ilə mübarizəni daha da çətinləşdirir".

Samir


Müəllif:

Oxşar xəbərlər