6 Dekabr 2015 19:09
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.


Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

Xatırladaq ki, hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.


Müəllif:

Oxşar xəbərlər