9 Dekabr 2015 11:54
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” və “Neft daşları” yataqlarında ehtiyat üçün reyddə gəmilər saxlanılır”.

Bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini Balamirzə Ağarəhimov Xəzər dənizindəki “Günəşli” yatağında baş vermiş qəzalarla əlaqədar “Azneft” İB-də yaradılmış qərargahda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Neft daşları” ərazisində çoxlu sayda meydança və eskadalar var. B.Ağarəhimov deyib ki, hər hansı məlumat daxil olarsa, həmin gəmilər dərhal əraziyə yaxınlaşacaqlar: “Hazırda 5 gəmi 10 nömrəli özülün ətrafında yanğının söndürülməsi ilə məşğul olur. Hazırda fontana qarşı qrup və xarici şirkət nümayəndələri özülün üstündən Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmilərinin işinin asan getməsi üçün bəzi texniki problemlərin həllinə aid iş planı qurulur”.

Baş mühəndis qeyd edib ki, yanğın söndürülməsi işinə “Boots and Coots” adlı xarici şirkət də cəlb olunub: “Dövlət Neft Şirkətinin fontana qarşı qüvvələri ilə “Boots and Coots” adlı xarici şirkətin nümayəndələri birgə olaraq elə etməlidir ki, yanğın başa çatandan sonra dənizə neft axıntıları olmasın. Yanğın söndürləndən sonra ekoloji problemin yaranmaması üçün bu iki qüvvə paralel işləməlidir. Yanğın sönən anda quyunun müəyyən hissələri bizim əlimizdə olmalıdır.

Platformaya quraşdırılması nəzərdə tutulan tərtibatın quraşdırılması hava şəraiti ilə əlaqədar, hələ mümkün olmayıb. Hazırda fontana qarşı qrup və xarici mütəxəssislər iş planı hazırlayır. Bəzi texniki problemlərin həllinə aid iş planı qururlar”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər