Ermənistanda dekabrın 6-da baş tutan referendumun nəticələrinə etiraz əlaməti olaraq paytaxt İrəvanda aksiyalar keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polis nümayişi dağıtmaq üçün güc tətbiq etməyə məcbur olub. Bu zaman etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
İnsident zamanı bir neçə fəal saxlanılıb.
Günorta saatlarında Ermənistan insan hüquqlarını müdafiə təşkilatları da Ermənistan Milli Konqresinin təşkilatçılığı ilə Azadlıq meydanından Mərkəzi Seçkilər Komitəsinə yürüş təşkil ediblər. Onlar referendum zamanı insan hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər. Etirazçılar arasında "İrs" partiyasının sədri Raffi Ovanisyan da olub. Yürüş iştirakçıları referendumun nəticələrinin ləğv edilməsini təlbə ediblər.
Samir