“Din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil”.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. O da qeyd edilib ki, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən komitəyə verilən məlumata əsasən, N.Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur: “Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”.
BƏXTİYAR