11 Dekabr 2015 17:46
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə bugünkü iclasın gündəliyinə iki məsələnin təqdim olunduğunu deyib. O, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında” və “İcbarı sığortalar haqqında” qanun layihələrində edilən dəyişikliklərin mahiyyəti barədə danışdı. Sonra müzakirəyə təqdim olunmuş sənədlərlə bağlı məlumat verən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirdi ki, hər iki sənəddə edilən dəyişikliklər ölkə prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanına əsasən sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması məqsədilə hazırlanmışdır.

Qeyd edildi ki, sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir. Beynəlxalq təcrübədə bu problemin həllinin ən səmərəli yolu nağd dövriyyənin azaldılması və nağdsız ödənişlərə üstünlük verilməsindən keçir.

İclasda icbari sığorta müqavilələrinin elektron qaydada bağlanılması təklifi də irəli sürüldü.
Xidmət rəisi qeyd etdi ki, “İcbari sığortalar haqqında” qanunun İcbari sığorta haqqında və İnformasiya sisteminin məlumatlarla təchiz edilməsi haqqında bölmələrinə yeni hissələr və maddələr əlavə edilib. Bunlar Standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına və Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi haqqında əlavə bəndlərdir.

Komitə üzvləri Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Rüfət Quliyev, Tahir Mirkişili sənədlərə edilən dəyişiklikləri razılıqla qarşıladılar, ölkənin sığorta sistemində baş verən əsaslı dəyişikliklər barədə fikirlərini bildirdilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər