11 Dekabr 2015 18:49
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-dən etibarən Bakının Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələri ilə kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq.

Bakı Şəhər Halqasından Teleqraf.com-a verilən məlumata görə, avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər dekabrın 13-dən 14-nə keçən gecə aradan qaldırılacaq.

Xatırladaq ki, "Formula 1" yarışından öncə salınacaq və yarış standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.


Müəllif: