25 Dekabr 2015 17:59
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) 27 mart 2016-ci il tarixindən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 18:25-də.

"Azərbaycan Hava Yolları"-nın reysi Berlin hava limanının daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə hava limanında əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan “A” terminalına gəlir.

Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.

Berlin Almaniyanın ən dinamik inkişaf edən turizm mərkəzlərindən biridir və yüksək həyat tempi olan böyük Avropa meqapolisidir. Almaniyanın paytaxtı hər il təxminən 10 milyon qonaq qəbul edir.

Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles ).

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+99412) 598-88-80
*8880


Müəllif:

Oxşar xəbərlər