2 Yanvar 2016 11:23
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda höküm sürən qarlı hava şəraiti dəmir yollarının işinə də təsir edib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf.com-a verilən məlumata görə, güclü qar səbəbindən Bakı-Balakən istiqaməti üzrə hərəkət edən qatar hazırda Qax rayonu ərazisində dayanıb.

Qurumdan bildirilib ki, hazırda həmin ərazidə təmizlik işləri aparılır. Qax rayon İcra Hakimiyyətinə müraciət olunub ki, sərnişinlərin ünvana çatdırılması üçün nəqliyyat vasitəsi təmin etsin. Çünki yolun təmizlənməsi bir az vaxt aparacaq. Yağan qarın səviyyəsi 70-80 sm təşkil edir. Əslində qatar hərəkətini davam etdirə bilər, ancaq təhlükəsizlik baxımından qatarın hərəkəti dayandırılıb.

Digər istiqamətlərdə qatarların hərəkətində heç bir problem yoxdur.


Müəllif: