22 Yanvar 2016 15:33
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Lozanna şəhərində səfərdədir.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro , AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində Bakı 2015 Avropa oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.

İLHAMƏ


Müəllif: