3 Fevral 2016 15:48
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Gömrük İdarəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən tranzit keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumata verilib. Aparılan araşdırma zamanı məlum olub ki, 2015-ci ilin dekabr ayının 30-da və 2016-ci ilin yanvar ayının 12-dəAzərbaycan Respublikasının ərazisinə daxil olan 2 ədəd vaqondakı taxta yükünün “Tikinti Təminat” Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparılacağı bildirilsə də, vaqonlar Sabirabad rayonunun ərazisindəki “Sabir” dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb.Gömrükçülər onu da müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışıilə məşğul olanƏkbərov Rahib Ağamusa oğluna 14 800 dollar qarşılığında satılıb. Araşdırma zamanı o da məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər