5 Fevral 2016 12:09
3 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həyat yoldaşını dərmanla yuxuya verdikdən sonra bıçaqlayan qadına 20 il həbs cəzası istənilib.

Teleqraf.com xəbər verir ki, hadisə İstanbulda baş verib. Xüsusi təhlükəsizlik əməkdaşı olan 23 yaşlı Funda S. "qəsdən adam öldürməyə cəhd"də ittiham olunub.

2013-cü il oktyabrın 21-də cütlük arasında mübahisə olub.

Funda S. dərmanla yuxuya verdiyi həyat yoldaşı Kadır Şahini boğazından, kürəyindən, sinəsindən, qolundan və çiyinindən bıçaqlayıb. Kadır Şahinin də Funda S.-i döydüyü, sonra huşunu itirdiyi iddianamədə qeyd olunub.


7 yerindən bıçaqlanan Kadır Şahini 12 saatdan sonra baldızı Çağlayan E. təcili yardım maşını ilə xəstəxanaya çatdırıb.

Məhkəmədə "qəsdən adam öldürməyə cəhd"də ittiham olunan Funda S.-yə 20 il, "xəsarət yetirmə" maddəsi ilə ittiham olunan Kadır Şahinə isə 5 il azadlıqdan məhrum etmə cəzası tələb olunub.

Ramal


Müəllif: