17 Fevral 2016 18:04
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BakuBus” MMC-nin 3 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub.

Bu barədə “BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. “Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə 3 saylı marşrut xəttimizin istiqamətində bir qədər dəyişiklik etdik.

Belə ki, aşağıdakı cədvəldə Azadlıq metro stansiyasının önündən hərəkət edərkən 3 saylı avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına stadiona və Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə Gənclik metro stansiyasına çıxacaq”, - deyə Nuridə Allahyarova bildirib.

Naibə QURBANOVA


Müəllif: