22 Fevral 2016 17:51
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Azərbaycanlıları Konqresi (AAK) “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinin İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət göndərib.

Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.

Müraciətdə İslam Konfransı Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyası haqqında məlumat təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə apardığı “Justice for Khojaly” ictimai-media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi münasibət bildirilməsini tələb edib.

Qeyd edək ki, AAK Xocalı soyqırımını daha geniş kütlələlərə çatdırmaq məqsədilə “Facebook” sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb. Həmçinin, Xocalı soyqırımına dair məlumatların yer aldığı açıqcalar çap etdirib. Bu açıqcalarda “Xocalıya ədalət” kampaniyasının təqdim etdiyi “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotolar və Xocalı hadisələri haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin İnsan hüquqları komitəsinə göndərilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər