"Beynəlxalq hüququn prinsiplərinə əsasən, hər bir ailənin itkin düşmüş ailə üzvü haqqında məlumat almaq hüququ var. Beynəlxalq Qızıl Xaç Komitəsində 4500 itkin düşmüş şəxs barədə məlumat var. Bu şəxslərin 80 faizi hərbçilərdir".
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran bildirib.
O qeyd edib ki, nümayəndəlik müvafiq orqanlarla birgə çalışaraq əsir və itkin düşmüş şəxslərin öz evinə qayıtması üçün çalışıb: "Ermənistan-Azərbaycan təmas xəttində əsir düşmüş 2 nəfər qaytarılıb, 2 nəfər isə qarşı tərəfin əsirləri ilə dəyişdirilib. Bu istiqamətdə tədbirlər davam etdirilməlidir. 2008-2011-ci illərdə əsir düşmüş və itkin olan şəxslərin ailə üzvləri ilə görüşüb müsahibələr alınıb. 2014-cü ildə isə Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə əməkdaşlıq çərçivəsində 2 min ailədən bioloji nümunələr götürülüb. Hər bir ana əsirlikdə olan övladı haqqında məlumat bilmək istəyir. Bizim təşkilat humanitar yardım göstərir. Bunum milli mənsubiyyətə aidiyyatı yoxdur".
Nərgiz