Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub.
Bu barədə Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir.
Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olmuşdur.
Ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Naibə QURBANOVA