Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı açıqlamasında Xocalıda insanlıq əleyhinə cinayət törədildiyini bildirib.
Ö.Yılmaz Trend-ə daxil olan açıqlamasında qeyd edib: “Xocalıda insanlıq əleyhinə cinayət törədilib və bu mənfur cinayəti şiddətlə qınayırıq”.
O deyib ki, Türkiyə Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir və şəhidləri rəhmətlə yad edir: “Azərbaycanla münasibətlərimiz "bir millət, iki dövlət" prinsipinə əsaslanır. Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırırıq”.