10 Mart 2016 10:35
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Ümumdünya Böyrək günü"dür.

Hər il martın ikinci həftəsinin dördüncü günü bütün dünyada "Ümumdünya Böyrək günü" kimi qeyd olunur.

Dünya əhalisinin təxminən 10%-i xroniki böyrək xəstəliklərindən əziyyət çəkir və hər il milyonlarla insan bu xəstəliklərin fəsadlarından dünyasını dəyişir. Ümumdünya böyrək gününün keçirilməsində də məqsəd məhz anadangəlmə və qazanılmış böyrək xəstəliklərinin profilaktikası və vaxtında düzgün müalicəsinə diqqəti artırmaq, həmçinin xroniki böyrək çatışmazlığına səbəb ola bilən digər xəstəliklərin (şəkərli diabet, arterial hipertenziya və s.) müalicəsi ilə məşğul olan mütəxəssislərlə birgə əməkdaşlığı daha da inkişaf etdirmək, əhali arasında maariflənmə və təbliğatı gücləndirməkdən ibarətdir.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-dək ölkədə 2842 xroniki böyrək xəstəsi qeydə alınıb. Onlardan 1138 nəfəri Bakıda, 1704 nəfəri isə regionlarda hemodializ xidməti ilə təmin olunub. Azərbaycan üzrə 34 dializ mərkəzində 534 aparat fəaliyyət göstərir. Bu dializ mərkəzlərinin 8-i Bakı şəhərində, 26-sı regionlardadır.Bu gün Azərbaycanda dializli xəstələr növbə gözləmir.

Nazirlər Kabineti “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nı təsdiqləyib.


Proqramda xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkarlanması, onların tibbi yardımla, o cümlədən hemodializllə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyənləşdirilməsi planlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər