10 Mart 2016 14:19
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Odur ki, 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. 1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq. “Bakı Metropoliteni” QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər