26 Mart 2016 13:55
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib:

“Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik. Silahlı Qüvvələrimizin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunikasiya xətlərini hədəfdə saxlayır. Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”.


Müəllif:

Oxşar xəbərlər