28 Mart 2016 18:09
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 28-də Qazaxıstanın “Air Astana” və Rusiyanın “Taymır” aviaşirkətləri Almatı və Krasnoyarskdan Bakıya olan reyslərini ləğv ediblər.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Təyyarələr Almatı-Bakı reysi ilə paytaxtımıza yerli vaxtla 12:50-də, Krasnoyarsk-Bakı reysi ilə 22:35-də gəlməli idi.

Aviareyslərin təxirə salınma səbəbi barədə Teleqraf.com-a açıqlama verən “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib ki, bu, qarşı tərəfin qərarıdır: “Qazaxıstanın “Air Astana” və Rusiyanın “Taymır” aviaşirkətlərinin qərarı olduğu üçün biz hər hansı izah verməyə çətinlik çəkirik.

Qeyd edim ki, qərar yalnız martın 28-ə aiddir. Digər günlərdə uçuşların olub-olmayacağı barədə hələlik məlumatsızıq. Çox güman ki, bu hal təkrarlanacağı təqdirdə aviaşirkətlər açıqlama yayacaqlar”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər