ABŞ-ın vitse-prezidenti Cozef Bayden Azərbaycan və Ermənistan prezidentləeinə zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bayden özü «Twitter» bloqunda yazıb. Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub.
“Mən prezidentlər Əliyev və Sərkisyana dedim ki, Dağlıq Qarabağda hərtərəfli nizamlama onların stabilliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün olduqca vacibdir”-Bayden tvitində yazıb.