Rusiyanın XİN-in başçısı Sergey Lavrov Bakıya aprelin 7-də baş tutacaq səfərini ləğv etməyib, planlaşdırıldığı kimi burada Azərbaycan və İran xarici işlər nazirləri ilə görüş keçirəcək.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Nazirin Bakıda üçtərəfli görüşdə iştirakı ləğv olunmur", - deyə Zaxarova bildirib.