6 Aprel 2016 08:54
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi zonasında böhranın nizamlanması Bakıda aprelin 7-də keçiriləcək Rusiya-İran-Azərbaycan görüşünün əsas müzakirə mövzusu olacaq.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Sankt Peterburqda keçirilən media forum iştirakçıları qarşısında çıxışı zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bundan əvvəl bildirildiyi kimi, aprelin 7-də Rusiya-İran-Azərbaycan görüşünün keçirilməsi nəzərdə tutulub. Bu görüş baş tutacaq, lakin baş verən hadisələrlə əlaqədar onun aktuallığı daha da artıb. Şübhəsiz ki, Dağlıq Qarabağ əsas müzakirə mövzusu olacaq”, - deyə Zaxarova bildirib.


Müəllif:

Oxşar xəbərlər