“Emin Sabitoğlunun musiqi dünyası” adlı konsertin bilet satışından əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin yardım fondunun bank hesabına köçürüləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə konsertin təşkilatçısı Heydər Əliyev adına Saray açıqlama yayıb:
“Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar Heydər Əliyev Sarayına və Sarayın sosial şəbəkədəki ünvanına aprelin 7-də “Emin Sabitoğlunun musiqi dünyası” adlı konsertin keçirilib-keçirilməyəcəyi haqqında çoxsaylı zənglər və suallar ünvanlanır.
Diqqətinizə çatdırmaq istəyirik ki, nəzərdə tutulan konsert proqramı keçiriləcək və bilet satışından əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin yardım fondunun bank hesabına köçürüləcək.
Azərbaycanımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə Allah rəhmət eləsin”.
Nərmin