8 Aprel 2016 14:33
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiya Baş naziri Dmitri Medvedevin səfərinə böyük önəm verir.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya hökumətinin başçısı ilə geniş tərkibli görüşdə deyib.

İlham Əliyev bildirib: "Əminəm ki, bu, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Biz sizinlə ayrıca söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə etdik. Vəziyyətin deeskalasiyası işində aktiv vasitəçiliyinə görə Rusiya Federasiyasına bir daha təşəkkür etmək istəyirəm".

Dövlət başçısı qeyd edib: "Bizim bir çox istiqamətlər üzrə çox yaxşı dinamikamız mövcuddur. Obyektiv səbəblərə görə əmtəə dövriyyəsi bir az azalmasına baxmayaraq, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var, enerji, nəqliyyat sahələrində böyük potensial mövcuddur".

Azərbaycan Prezidentinin sözlərinə görə, şübhəsiz ki, humanitar sahədə də ənənəvi əməkdaşlıq mövcuddur, bu sahədə çox yaxşı perspektivlər və yaxşı nəticələr var: "Bu, ümumiyyətlə münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, həmkarlarımızla ticari-iqtisadi və siyasi əlaqələrimizin konkret məsələlərini ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz".


Müəllif:

Oxşar xəbərlər