8 Aprel 2016 15:19
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yazıçı Əkrəm Əylisli ifadə vermək üçün istintaqa dəvət edilib.

Əkrəm Əylislinin vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, müdafiə etdiyi Əkrəm Əylisi ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində olublar.

Yazıçıya idarənin istintaq şöbəsinin rəisi Vüqar Sərdarovun imzası ilə çağırış gəlib: “Əkrəm Əylislinin barmaq izlərini, ağız boşluğunun hər iki tərəf dərinliyindən DNK analizi üçün nümunələr götürdülər, şəklini çəkdilər. İstintaq hərəkətləri 2 saata yaxın çəkdi”.

Əkrəm Əylisli barəsində istintaq orqanı başqa yerə getməməklə bağlı qəti imkan tədbiri seçib.

Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər