"MDB ölkələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu MDB İcraiyyə komitəsinin sədri Sergey Lebedev deyib. Onun sözlərinə görə, MDB ölkələri regionda vəziyyətin gərginləşməsindən narahatdır.
Lebedev əlavə edib ki, münaqişənin həlli üçün Ermənistan və Azərbaycanın kompromisə getməsi vacibdir: "Biz Cənubi Qafqazda sülh və əminamanlıq arzu edirik".
Samir