Professor Qulu Məhərrəmlinin iki jurnalistə qarşı qaldırdığı iddia ərizəsinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Teleqraf.com xəbər verir ki, Qulu Məhərrəmlinin İlhamə Novruzova və Rauf Rəcəbovun barəsində Səbail rayon Məhkəməsində qaldırdığı iddia üzrə qərar açıqlanıb.
Qərara görə, iddia ərizəsi adiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov Qulu Məhərrəmliyə qarşı məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib. Həmin şikayətə Yasamal Rayon Məhkəməsində baxılır.
Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.
Bu müsahibədən sonra isə jurnalistlər İlhamə Novruzova və Rauf Rəcəbov mətbuatda Qulu Məhərrəmli barəsində tənqidi yazılarla çıxış ediblər.
Qulu Məhərrəmli hər iki jurnalistin barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanmasını istəyib.
Hacı Zeynalov