28 Aprel 2016 11:24
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayon rəhbərliyi Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmi düşən ərazilərdə baxış keçirir.

Teleqraf.com xəbər verir ki, ilkin hesablamalara görə, Mahrızlı kəndində 15 evə ziyan dəyib.
Kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb və ev tamamilə yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb.

Məlumata görə, ümumilikdə 8 nəfər xəsarət alıb, 1 nəfər, Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həlak olub.

Çəmənli kəndində mal, qoyun, at qırılıb, evlər dağılıb. Əfətli, Qaradağlı kəndlərində evlərə böyük ziyan dəyib.
Hazırda Ağdam rayon rəhbərliyi dəymiş ziyanı hesablayır.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər