28 Aprel 2016 18:14
6 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginlikdən narahat olan Ermənistan rəhbərliyi səfərbərlik elan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bir çox erməni ailəsi artıq Dağlıq Qarabğı tərk edib. Qalan ailələrdə isə kişilər yaşlarından asılı olmayaraq, ordu sıralarına çağırılıb.

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin generalı Manvel Qriqoryan könüllü adı ilə hərbi xidmətə çağırılan şəxslərlə görüşüb. Görüşün görüntülərindən məlum olur ki, könüllülərin əksəriyyəti yaşı ötmüş kişilər və qadınlardır.

Samir


Müəllif:

Oxşar xəbərlər