Aprelin 28-də erməni silahlı birləşmələrinin Ağdamı ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bunlar Çəmənli kənd sakinləri 1967-ci il təvəllüdlü Məmmədov Adil Muslu oğlu, 1996-cı il təvəllüdlü Qaraşova Şəbnəm Səyyad qızı və 1978-ci il təvəllüdlü Elnur Məmmədovdur. Yaralıların ikisi qəlpə yarası alıb.
Hazırda yaralıların vəziyyətləri sabitdir, həyatı təhlükə yoxdur.(Trend)