Ermənilər Azərbaycanın yaşayış məntəqələrinə qadağan olunmuş mərmilər atıblar.
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, atılan mərmilərdən biri Tərtərin Əskpara kəndində əkin sahəsinə düşüb. Mütəxəssislərin bildirdiyinə görə, həmin mərmi 122 mm-lik ağ fosforlu top mərmisidir. İstifadəsi qadağan edilən mərmi hava ilə reaksiya girməsi nəticəsində partlama risqini saxlayır. Daşınması mümükün olmadığından həmin mərminin tezliklə ANAMA-nın çevik əməliyyat qrupu tərəfindən zərərsizləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, belə mərminin partlaması nəticəsində ətrafda olan canlılarda müxtəlif öldürücü infeksion yaralar əmələ gəlir.
Xalid Salmanbəyli