12 May 2016 10:16
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-də təmas xəttində bir erməni hərbçisi məhv edilib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Armen Martirosyan atəşkəsin pozulması nəticəsində ağır güllə yarası alıb. Xəstəxanaya çatdırılan Martirosyanın həyatını xilas etmək mümkün olmayıb.

Faktı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edək ki, dünən erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 136 dəfə atəş zərbəsi endirib.

Samir


Müəllif:

Oxşar xəbərlər