17 May 2016 16:58
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 17-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Nazir deyib ki, qonşu və dost ölkə olan İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir.

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışıb, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər