Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Kamerun Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına sülh və tərəqqi arzulayıram".