Parlamentin Amnistiya Aktı ilə bağlı keçirilən iclasında çıxış edən millət vəkili Zahid Oruc bəzi cinayətlərin də akta düşməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, deputat xatırladıb ki, Azərbaycan parlamenti qızqaçırma halının insan oğurluğu kimi tövsiyə olunmasını qəbul edib: “İndi bu hadisəyə kömək edən insanlar da 10-12 il müddətinə azadlıqdan məhrum edilir. Məlumdur ki, biz sivil cəmiyyət yaradırıq. Amma amnistiya ilə onlara şans verə bilərik”.
Deputat Amnistiya Aktını dəstəklədiyini və ona səs verəcəyini vurğulayıb.
Nemət