Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Qobustan şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək mayın 27-dən mayın 26-na keçirilib.
Bu barədə Teleqraf.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Aydın Əliyev mayın 26-da saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 25-I saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi, Sumqayıt Baş Gömrük İdarəsi ilə telefon əlaqəsi saxlayıb qəbula yazıla bilərlər.
Naibə QURBANOVA