25 May 2016 14:05
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

Bu barədə məsələ Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin mayın 25-də keçirilən iclasında müzakirə edilən “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması təklif edilir.

Qeyd edək ki, hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Sözügedən komitənin üzvü Əflatun Amaşov da təklif olunan dəyişikliyi müsbət və yüksək qiymətləndirib: “Əvvəllər 15 gün məsələsi insanlarda çaşqınlıq yaradırdı, bilmək olmurdu ki, söhbət ümumilikdə 15 gündən, yoxsa, 15 iş günündən gedir. İndi bu dəyişikliklə həmin çaşqınlıq, qeyri-müəyyənlik aradan qaldırılmşı oldu”.

Nemət


Müəllif:

Oxşar xəbərlər