Bu gün Ali Məhkəmədə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xədicə İsmayılın ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə ittiham sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xədicə İsmayıl ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2, 179.3.2-ci maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 3 il müddətinə isə vəzifə tutmaq hüququndan da məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Hacı Zeynalov