27 May 2016 23:00
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir".

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.


Dövlət başçısı deyib ki, Cümhuriyyətin süqutundan sonra Azərbaycan xalqı üçün sovet dövrü başlayıb: "Əlbəttə, biz müstəqil deyildik, özümüz müstəqil siyasət apara bilmirdik. Bununla belə, o dövrdə də müsbət məqamlar az deyildi. İlk növbədə təhsillə bağlı məsələlər öz həllini tapdı. Bu gün Azərbaycanda əhalinin savadlılığı təxminən 100 faizdir. Sovet dövründə, xüsusən Heydər Əliyevin rəhbərliyi dövründə elm, mədəniyyət, incəsənət, kənd təsərrüfatı və sənayenin inkişafı təmin edilib. Əgər sovet Azərbaycanının sosial-iqtisadi statistikasına nəzər salsaq, bunu görmək mümkündür. 1970-ci ilə qədər Azərbaycan ən geridə qalmış yerlərdə idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə başladı və qısa müddətdə donor respublikaya çevrildi. SSRİ-də Rusiyadan başqa iki respublika – Belarus və Azərbaycan özünü təmin edir, ümumittifaq xəzinəsinə öz maddi töhfəsini verirdi. Bu, böyük nailiyyət idi, çünki Azərbaycan o illərdə inkişaf etdi. Sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı sürətlə inkişaf etdi, xalqımız daha da yaxşı yaşamağa başladı. Hesab edirəm ki, o illərdə görülən işlərə, Heydər Əliyevə olan hörmətə görə xalqımız üçün ən çətin anlarda xal qulu öndərə üz tutdu, 1993-cü ildə onu hakimiyyətə dəvət etdi. Bununla Azərbaycan xalqı bir daha öz müdrikliyini göstər”.

Prezident İlham Əliyev bildirib ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə bir daha hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi: “1991-ci ildə əldə edilən müstəqillik böyük bir tarixi şans, böyük bir sərvət idi. Əfsusoar olsun ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Ölkəmizi xaos bürümüşdü, daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdular. Özbaşınalıq, iqtisadi tənəzzül, böhran, nəticədə bu xoşagəlməz hallar vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Ən dəhşətli müharibə vətəndaş müharibəsidir, qardaş qanı axıdıldı. Belə bir vəziyyətdə işğalçı Ermənistan, erməni millətçiləri bundan istifadə edərək torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Belə bir ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi və o da bu müraciətə öz dəstəyini verdi, hakimiyyətə gəldi. Ondan sonra Azərbaycan inkişaf etməyə başladı. Təxminən 3 il vaxt lazım idi ki, iqtisadi sabitləşmə təmin edilsin. Biz statistikadan görürük ki, məhz 1996-cı ildə iqtisadi sabitləşmə əldə edildi. Ondan sonra isə Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başladı. Siyasi sistem yaradıldı, 1995-ci ildə Konstitusiya qəbul edildi, xarici investorlar ölkəmizə dəvət edildi və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi. Biz bu gün o illərdə görülən işlərin bəhrəsini görürük. Azərbaycanı uğurla bu möhkəm təməl üzərində irəliyə aparırıq”.


Müəllif:

Oxşar xəbərlər