Milli Məclisin plenar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, deputatlar Hümbət Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında məsələyə baxıblar.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Məhkəmə Hüquq Şurası Hümbət Səlimovun Balakən rayon məhkəməsinin hakimi təyin edilməsinə dair təqdimat göndərib.
Deputatlar məsələni müzakirəsiz qəbul edib.
Nemət