7 İyun 2016 16:24
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, bu qətnamələr 20 il əvvəl qəbul edilib və sənədlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən tez bir zamanda və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur: “Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü".


Dövlət başçısı qeyd edib ki, "status kvo" dəyişməlidir: "ATƏT-in Minsk qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də "status-kvo"nun qəbuledilməz olduğunu elan ediblər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir”.


Dövlət başçısı ötən ay Vyanada üç həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunduğunu xatırladıb: “Biz orada substantiv danışıqların başlanması, atəşkəs rejiminin möhkəmlənməsi barədə qərara gəldik”.


Azərbaycan prezidenti bildirib ki, Ermənistan güc yolu ilə Azərbaycan məxsus əraziləri işğal edib: “Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Onlar Xocalıda soyqırımı törətdilər. Dünyanın 10 ölkəsi bunu soyqırımı kimi qəbul edib. Bu soyqırımı çoxdan deyil, beynəlxalq ictimaiyyətin gözü qabağında baş verib. Ermənilər işğal etdikləri ərazilərdə tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar. 20 ildən çoxdur, həmin əraziləri tutublar və beynəlxalq hüquqdan imtina edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması ilə mümkündür. Ermənilər zaman- zaman təmas xəttində təxribatlar törədirlər. Bu da danışıqlar prosesini pozmaq məqsədilə edilir. Lakin son aprel təxribatında onların nəticələrlə bağlı səhv hesablamaları oldu. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Onlar ABŞ, Fransa və Rusiya liderlərinin "status-kvo"nun qəbul edilməz olması ilə bağlı bəyanatlarını dinləməlidirlər”.


Müəllif:

Oxşar xəbərlər