9 Sentyabr 2014 10:23
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərşənbə axşamı Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-formal görüşü öz işinə başlayıb.

Görüşün əsas məqsədi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və Vilnüsdə ötən il keçirilən zirvə toplantısından sonra əldə olunan irəliləyişlərin müzakirəsidir.

Görüş mətbuat üçün qapalı keçirilib. Görüşün yekunları ilə bağlı mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Görüşdə Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helq Şmidt, Gürcüstan, Moldovanın XİN rəhbərləri, Belarus və Ukraynanın xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Görüşdə Ermənistan təmsil olunmayıb.


Müəllif:

Oxşar xəbərlər