19 Aprel 2015 11:34
2 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana keçirmək üçün icazə verilən qızıl və almazın miqdarı dəqiqləşdirilib.

Teleqraf.com-un Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri “, “600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilib.


Müəllif:

Oxşar xəbərlər